XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

25 Avqust 2016 - 16:54

Türkiyənin baş naziriAzərbaycana səfər edəcək

Yıldırım

 Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayevlə “Türkiyə Petrolleri A.O” (TPAO) şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Saliha Dündarın görüşü olub.

Strateq.az SOCAR-a istindən xəbər verir ki, görüşdə Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin növbəti qurultayının bu ilin oktyabrında Bakıda keçiriləcəyi haqqında SOCAR prezidentinə məlumat verilib.

Bildirilib ki, builki qurultay Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin  xatirəsinə həsr olunacaq. Türk Dünyası Mühəndislər və Memarlar Birliyi 2016-cı ili "Heydər Əliyev irsinin öyrənilməsi ili" elan edib. 

“Energetika və nəqliyyatda meqa-layihələr” adı altında təşkil olunacaq bu tədbirin açılışında və işində Türkiyə Cumhuriyyətinin baş baziri Binəli Yıldırımın iştirak edəcəyi qeyd olunub.

Təşkilat Komitəsi tərəfindən SOCAR prezidenti Rövnəq Abdullayevi Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin fəxri üzvü kimi qurultaya dəvət etmək haqqında qərar qəbul olunduğu bildirilib. TPAO şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri S.Dündar Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin baş katibi İlyas Demirçinin imzaladığı dəvətnaməni SOCAR prezidenti R.Abdullayevə təqdim edib.

SOCAR prezidenti R.Abdullayev qurultayın fəxri nümayəndəsi statusuna layiq görüldüyü üçün təşəkkürünü bildirib.