XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

25 Avqust 2016 - 17:43

Ərdoğanın kürəkənindən SOCAR-a böyük dəstək –Rövnəq Abdullayev Albayrakla görüşdü

rovneq-22

Avqustun 23-24-də SOCAR prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri Türkiyədə səfərdə olublar.

Strateq.az SOCAR-ın saytına istinadən xəbər verir ki, səfər çərçivəsində R.Abdullayev Ankarada TransAnadolu Qaz Boru Kəməri-TANAP konsorsiumunun İdarə Heyətinin iclasında iştirak edib.

İclasda layihə üzrə 2016-cı ilin birinci yarısında həyata keçirilmiş işlərin yekunu və qarşıda duran vəzifələr müzakirə olunub. İşlərin gedişi haqqında məlumat dinlənilib. Bildirilib ki, kəmərin inşası ilə əlaqədar fəaliyyətlər planauyğun surətdə davam etdirilir.

İclasdan sonra SOCAR prezidenti Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrakla görüşüb.

O, şirkətin Türkiyədə həyata keçirdiyi layihələr üzrə görülən işlərin hazırkı vəziyyəti haqqında məlumat verib, qarşıdakı mərhələlərdə planlaşdırılan tədbirlərdən danışıb.

SOCAR-ın Türkiyədə həyata keçirdiyi layihələr, xüsusilə TANAP, “STAR” neft emalı zavodu, Petkim və Petlim layihələri çərçivəsində inşaat işlərinin gedişindən məmnunluğunu bildirən nazir bu layihələrin Türkiyə və Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Türkiyənin enerji və təbii sərvətlər naziri B.Albayrak SOCAR-ın Türkiyədə ən önəmli investorlardan biri olduğunu nəzərə çatdırıb, şirkətin fəaliyyətinin Türkiyə hökuməti tərəfindən dəstəkləndiyini və bundan sonra da dəstəklənəcəyini söyləyib.

SOCAR prezidenti avqustun 24-də İzmirə gedib, şirkətin əsas layihələrinin həyata keçirildiyi Əliağa yarımadasında olub. Əvvəlcə “STAR” neft emalı zavoduna baş çəkən Rövnəq Abdullayev inşaat sahələrini gəzib, görülən işlərlə yerində tanış olub. Şirkət prezidentinə məlumat verilib ki, zavodun tikintisi qrafikə uyğun aparılır.

Sonra Petkimin istehsalat sahələrində və Petlimdə olan Rövnəq Abdullayev işlərin gedişi ilə maraqlanıb. Ona məruzə olunub ki, işlər normal ahəngi ilə davam edir. SOCAR prezidenti “STAR” NEZ, Petkim və Petlimdə tikinti və istismar işlərinin gedişindən razılığını bildirib, konkret məsələlərlə bağlı menecer heyətinə tapşırıqlar verib.