XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

26 Avqust 2016 - 13:32

“Sınıq körpü” sərhəd keçid məntəqəsində tıxaclara səbəb gömrük orqanları deyil” –Aydın Əliyev

Aydın Əliyev

"Gürcüstan-Azərbaycan sərhəd keçid məntəqəsində vətəndaşların uzun müddətli gecikmələrinə demək olar ki, rast gəlinmir".

Bu barədə açıqlamanı Dövlət Gömrülk Komitəsinin sədri, gömrük xidməti general leytenantı, Aydın Əliyev jurnalistlərə müsahibəsində bildirib.

O qeyd edib ki, sərhəd keçid məntəqəsində müəyyən vaxt çərçivəsində yubanma olsa da bu, gömrük orqanları və sərhəd qoşunlarının işi ilə bağlı deyil: “Gecikmə sadəcə sərhədyanı ticarətlə bağlıdır. Müəyyən bölgələrin vətəndaşları gün ərzində dəfələrlə sərhədi keçməklə bu problemləri yaradırlar. Gömrük orqanları məcburdurlar ki, ölkəyə daxil olan mallara gömrük nəzarəti həyata keçirsinlər. Bu da müəyyən gecikmələrə səbəb olur”.

A.Əliyev əlavə edib ki, Nazirlər Kabinetinin 305 saylı qərarına edilən dəyişiklikdən sonra vətəndaşlarla bu sahədə maarifləndirmə işləri aparılır.

Komitə sədri əlavə edib ki, iki gün əvvəl Dövlət Gömrük Komitəsinin sədr müavini ilə Gürcüstan gömrük xidmətinin rəhbəri Sınıq Körpü sərhəd keçid məntəqəsində görüşüb.

Görüşdə diplomatlar, ölkəyə gələn qonaqların sərhəddən keçirilmələri ilə bağlı sərhəd qoşunları ilə müəyyən məsləhətləşmələr aparılıb, gələcək planlar, perspektivlər müzakirə olunub.