XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

22 İyul 2015 - 12:46

“Qarabağ”ın matçı canlı yayımlanacaq? – Telekanaldan açıqlama

Bu gün UEFA çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində Monteneqronun “Rudar” klubu ilə Ağdamın “Qarabağ” klubu arasında baş tutacaq matçın yayımı sual altındadır.

Bu barədə “İdman Azərbaycan”ın aparıcısı İsmayıl Abdullayev öz şəxsi “Facebook” səhifəsində məlumat verib:

“”Rudar” – “Qarabağ” matçı “İdman Azərbaycan” və ya AzTV vasitəsiylə birbaşa olaraq yayımlanmaya bilər. Təbii ki, bu hələ ehtimaldır. Amma bunun günahkarı biz deyilik. Əgər əvvəldən yayım hüququ bizə verilsəydi, belə problem olmazdı ve oyunun anonsu da bir neçə gün əvvəldən efirə gedərdi. Yenə də ümid edək ki, çempionlar Liqasındakı yeganə təmsilçimiz olan “Qarabağ” matçına qədər çatışmazlığı aradan qaldıracağıq və hər birimiz görüşü izləyə biləcəyik!”.

Qeyd edək ki, qarşılaşma bu gün Bakı vaxtı ilə saat 23:45-də baş tutacaq.