XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

26 Avqust 2016 - 17:53

Ərdoğan Suriyadakı hərbi əməliyyat barədəPutinə məlumat verib

Erdoğan

 Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, telefon danışığı Türkiyə prezidentinin təşəbbüsü ilə baş tutub.

Prezidentlər Türkiyə-Rusiya münasibətlərinin normallaşdırılması istiqamətində qərarlı olduqlarını bir daha vurğulayıblar. Söhbət zamanı Suriya məsələsi diqqət mərkəzində olub, Hələbə humanitar yardımın çatdırılması ilə əlaqədar səylərin gücləndirilməsi barədə razılıq əldə edilib.

R. T. Ərdoğan V. Putinə Türkiyə ordusunun Cerablusu azad etmək üçün həyata keçirdiyi “Firat qalxanı” əməliyyatı barədə məlumat verib. Türkiyə və Rusiya prezidentləri Çində keçiriləcək G-20 zirvəsində ikitərəfli görüş keçirmək barədə də razılığa gəliblər.