XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

22 İyul 2015 - 18:03

Son 3 ayda 47,5 milyon «iPhone» satılıb

iphone-telefon.jpg

Bu ilin aprelindən iyun ayına qədər dünyada 47,5 milyon «iPhone» smartfonu satılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35 faiz çoxdur. «Apple»ın digər məşhur məhsulu olan «MacBook»ların satışı da ötən illə müqayisədə 9 faiz artıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, son üç ayda 4,8 milyon «MacBook» satılıb.

Bu dövr ərzində «Apple»ın ümumi gəliri 10,5 milyard dollar olub. Şirkətin məhsulları ən çox çin, Honkonq və Tayvanda satılıb. ümumi satışın dörddə-biri bu ölkələrin payına düşüb. Maraqlıdır ki, satış yaxşı olsa da, «Apple»ın səhmlərində kəskin ucuzlaşma olub.

Analitiklərin fikrincə, buna səbəb şirkətin gəlirlərinin əsasən bir məhsuldan – «iPhone»dan asılı olmasıdır. Lakin bununla belə, «Apple»ın rəhbəri Tim Kuk son üç ayın nəticələrini möhtəşəm adlandırıb.