XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

26 Avqust 2016 - 21:56

Diplomatik nümayəndəliklərində seçki məntəqələri yaradılır –Referendum

qadin-secki-qht

Bu gün Konstitusiyada dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar səsvermə günü xarici dövlətlərdə olan və konsul qeydiyyatına durmuş seçicilərin səs verməsi üçün seçki məntəqələrinin yaradılması prosesi başa çatır.

Seçki Məcəlləsinə əsasən səsvermə gününə azı 30 gün qalanadək seçicilərin olduqları ərazilərdə Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və ya konsul idarələrinin rəhbərləri tərəfindən xarici dövlətlərdə olan və konsul qeydiyyatına durmuş seçicilərin səs verməsi üçün seçki məntəqələri yaradılmalıdır.

Referendumla əlaqədar bu müddət avqustun 27-dək olan dövrü əhatə edir. 

APA