Türkiyədə – Şanlıurfanın Ceylanpınar bölgəsində iki polisin PKK tərəfindən öldürüldüyü açıqlanıb.
Strateq.az-ın məlumatına görə, PKK özünə yaxın internet saytlarına bunu etiraf edib. Cinayəti törətməklə “Suruçun intiqamı”nı aldığını bildirən təşkilat öldürdüyü iki polisin silahlarını və şəxsiyyət vəsiqələrini də götürüb.