Ermənistanda xərçəng xəstəliyinə tutulma hallarının səviyyəsi son 20 il ərzində iki dəfə artıb.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Milli Onkologiya Mərkəzinin direktor müavini Qaqik Bazikyan bildirib.
"İyirmi il əvvəl ildə 4-5 min adam qeydiyyata alırdıqsa, indi bu göstərici təqribən 8700 nəfərə çatıb", – deyə, o vurğulayıb.
Q.Bazikyan Ermənistanda adətən xəstələrin həkimlərə çox gec, xərçəng xəstəliyinin son mərhələsində müraciət etdiyini söyləyib.