XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

27 Avqust 2016 - 13:25

Daşkəsəndə qasırğa evlərindamını uçurdu

Gecə Daşkəsəndə baş verən təbii fəlakət dağıntılara səbəb olub.

Trend Kəpəz TV -yə (Region TV) istinadən xəbər verir ki, güclü küləklə müşayiət olunan qasırğa rayonda 10-dan artıq binanın və yaşayış evinin dam örtüyünü tamamilə dağıdıb.

2 saat ərzində davam edən qasırğa Daşkəsənin elektrik və rabitə təsərrüfatına da ciddi ziyan vurub. 50-dən artıq elektrik dirəyi aşıb, 500 metr məsafədə elektrik xəttləri qırılıb, rayonun Xoşbulaq kəndində ağacın aşması nəticəsində 1 avtomobilə ziyan dəyib.

Rayon Fövqəladə Hallar Komissiyasının sədri Cavanşir Qocayevin verdiyi məlumata görə, təbii fəlakətin aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilir.