XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

27 Avqust 2016 - 13:53

Qəbələdə IV Beynəlxalq Mürəbbə Festivalıkeçirilir

Avqustun 27-də Qəbələdə IV Beynəlxalq Mürəbbə Festivalı açılıb.

Festival Mədəniyyət və Turizm Nazirliyi, Qəbələ Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilir.

Azərtac xəbər verir ki, “Qafqaz Karvansaray” otelinin qarşısındakı parkda keçirilən festivalın sərgi masalarında Azərbaycanın 29 şəhər və rayonundan, eləcə də 10 xarici ölkədən gələn komandalar müxtəlif çeşiddə hazırladıqları mürəbbələri nümayiş etdirirlər.

Festivalda münsiflər heyəti üzvlərinin rəyi əsasında ən yaxşı mürəbbə hazırlayanlar müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaqlar.