XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

27 Avqust 2016 - 14:43

Müsavat Partiyasının yaratdığı təşviqat qrupuqeydə alınmayıb

MSK

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.


APA-nın məlumatına görə, iclasda Müsavat Partiyası tərəfindən yaradılmış “Respublika” təşviqat qrupunun qeydə alınması məsələsinə baxılıb.
 
MSK katibi Arifə Muxtarova deyib ki, “Respublika” təşviqat qrupunun qeydə alınması üçün etibarlı imzaların sayı tələb ediləndən az olub: “3604 imza etibarsız sayılıb. Qalan 35 mindən bir qədər çox imza təşviqat qrupunun qeydə alınması üçün kifayət deyil” .
 
MSK “Respublika” təşviqat qrupunun qeydə alınmasından imtina edilməsi barədə qərar verib.