XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 August 2016 - 17:08

Kansler:"Türkiyənin Aİ-yə qoşulması ilə bağlı danışıqlar dayandırılsın"

Kansler

Avstriya kansleri Kristian Kern Avrokomissiya və onun rəhbəri Jan-Klod Yunkerin Türkiyə ilə bağlı mövqeyini tənqid edərək, bu ölkə ilə İttifaq arasındakı danışıqların dayandırılmasını və əməkdaşlıqda yeni formanın axtarılmasını təklif edib.

Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

K.Kern Oesterreich qəzetinə müsahibəsində deyib ki, Türkiyənin Aİ-yə qoşulması ilə bağlı aparılan danışıqlar heç bir nəticə verməyəcək.