XƏBƏR LENTİ

27 May 2020

Digər Xəbərlər

28 Avqust 2016 - 19:53

Özbəkistan prezidentinin insult keçirməsi barədəxəbər yayılıb

Kərimov

 Özbəkistan prezidenti İslam Kərimov insult keçirməsi səbəbindən avqustun 27-də xəstəxanaya yerləşdirilib.

APA-nın məlumatına görə, bu barədə “Fərqanə” agentliyi Daşkənddəki mənbələrə istinadən məlumat yayıb.  

Agentlik İ. Kərimovun Daşkənddəki iqamətgahının milis və xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən üçqat əhatəyə alındığını yazıb. Daşkəndə xaricdən  prezidentin xəstəliyi barədə məlumatlı olan həkimlər gəliblər.

Ancaq hələ ki, bu məlumat rəsmən təsdiqlənməyib.