Bakının Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının ikinci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış 8 ədəd elektrik sayğacı yanıb.
Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, mənzillər yanğından mühafizə olunub. Yanğın saat 15:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.