XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 August 2016 - 11:08

Yunanıstan baş naziri:“Avropa Birliyi dağılacaq”

Çipras

Yunanıstan baş naziri Aleksis Çipras ölkəsinin borcunun azaldılmasını və Almaniya tərəfindən diktə edilən qənaət siyasətinin ləğv edilməsini tələb edib.

Axar.az xəbər verir ki, Çipras verdiyi açıqlamasında Avropanın cənubunda işsizliyin rekord həddə çatdığı bir zamanda Berlinin Avropanın qənaət kassası kimi davranmasını qəbul etməyəcəklərini bildirib.

Belə davam edəcəyi təqdirdə Avropadakı seçki və referendumlardan mənfi nəticələr çıxacağını deyən yunan baş nazir bildirib ki, qənaət siyasəti Avropa Birliyinin dağılmasına gətirib çıxaracaq.

Çipras işsizliklə mübarizə üçün şimal ölkələrinin cənubdakı dostlarına maliyyə yardımı etməsinin vacibliyini vurğulayıb.