XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

29 Avqust 2016 - 11:23

Sədr müavini:“Azərbaycanda üzvləri nurçu olan dini icma qeydiyyata alınmayıb”

Gündüz

 “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi təriqətləri, dini konfessiyaları, cərəyanları  qeydiyyata almır. Komitə yalnız dini icmaları qeydiyyata alır. İndiyədək üzvləri nurçu olan dini icma qeydiyyata alınmayıb”.

“Report”un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Gündüz İsmayılov deyib.

O, xatırladıb ki, komitə nurçulara məxsus dini ədəbiyyatların ölkəyə idxalına məhdudiyyət qoyub: “Bu proses uzun illərdir ki, davam edir”.