XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

29 Avqust 2016 - 18:19

“Bakı Fond Birjası” 6 şirkətiüzvlüyündən çıxarıb

BFB

“Bakı Fond Birjası” QSC-nin (BFB) Üzvlük Komissiyası tərəfindən BFB-nin bəzi üzvlərinin fəaliyyətinin “Qiymətli kağızlar bazarı haqqında” qanuna və BFB-nin “Üzvlük Qaydaları”na uyğun olmadığına görə dayandırılıb.

BFB-dən “APA-Economics”ə verilən məlumata görə, Üzvlük Komissiyasının qərarı ilə “BROKDİL-AZ” MMC, “Çelsi Kapital” MMC, “Bob Broker” MMC, “Xalq Kapital” MMC, “Standard Kapital” MMC və “Dəmir investisiya şirkəti” QSC-nin üzvlüyü 01 yanvar 2017-ci il tarixinədək sonuncu dəfə olaraq dayandırılıb.

Eyni zamanda, “Yapı Kredi İnvest” MMC-nin BFB-də üzvlüyünə onun öz xahişi ilə xitam verilib.

Qeyd edək ki, hazırda BFB-nin “Kapital Menecment ASC”,  “İnvest-AZ QSC”, “Az-Finans investisiya şirkəti QSC”, “Unicapital ASC”, “Paşa Kapital QSC” və “PSG-Kapital İŞ QSC” daxil olmaqla 6 üzvü vardır. Üzvlərin siyahısı və onlar barədə ətraflı məlumat BFB-nin internet saytının (www.bfb.az) üzvlər bölməsində yerləşdirilib.