XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 August 2016 - 21:35

Suriyadan Türkiyənin Kilis şəhərinə üç mərmi atılıb,5 uşaq yaralanıb

Kilis

 Bu gün Suriyadan Türkiyənin Kilis şəhəri  atəşə tutulub.

APA-nın “Millyet”-ə istinadən verdiyi xəbərə görə, şəhərə üç raket mərmisi düşüb, nəticədə 5 uşaq yaralanıb. Onlardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir. 

Uşaqlardan ən kiçiyinin 5, ən böyüyün isə 11 yaşı var. Yaralılar Kilis Dövlət Xəstəxanasına çatdırılıb.

Məlumata əsasən, Türkiyə tərəfi cavab atəşi açıb.