XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

30 Avqust 2016 - 13:02

Suriya və İraqda İŞİD qurbanlarının 70-dən çoxkütləvi məzarı tapılıb

 

İSİS

Suriya və İraqda İŞİD terror qruplaşmasının qurbanlarının 70-dən çox kütləvi məzarı tapılıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Associated Press" agentliyinin araşdırmasında deyilir.

"Eksklüziv müsahibələr, fotolar və araşdırmalar nəticəsində AP İŞİD terrorçularından qalan 72 kütləvi qəbir aşkarlanması faktını təsdiqləyir… İŞİD-in geri çəkilməsilə daha çox belə məzarların aşkar edilməsi ehtimalı var", – araşdırmada bildirilir.

Agentliyin məlumatına görə, Suriyada 17 kütləvi məzarlıq aşkarlanıb. Qeyd edilib ki, İraqda aşkarlanan 16 kütləvi məzarlıqda basdırılanların sayını müəyyən etmək praktiki olaraq mümkün deyil: onlar çox təhlükəli yerlərdə yerləşir. Rəsmi məlumatlara görə, bu şəkildə basdırılanların sayı 5,2 min – 15 min arasında dəyişir.

Qeyd edək ki, vizual kəşfiyyatla məşğul olan "AllSource Analysis" şirkəti agentliyə peykdən çəkilmiş eksklüziv fotolar təqdim edib. Fotolarda İraqın Mosul şəhəri yaxınlığında yerləşən Baduş həbsxanası ərazisində daha bir kütləvi məzarlığın olduğu aydın görünür. Bu məzarlıqda 600-dən çox məhbusun basdırıldığı güman edilir.

Agentliyin məlumatına görə, terrorçular heç qurbanlarının məzarlarını gizlətməyə çalışmayıb. Məzarlığın ölçüsü iki futbol meydançası boydadır.