XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 August 2016 - 11:51

Kolleclərə qəbul olanların qeydiyyatı bu gün başa çatır –TQDK-dan xəbərdarlıq

tqdk

Tam orta təhsil (11 illik) bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olan abituriyentlərin qeydiyyatı bu gün başa çatır.

Orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar bu gün saat 17.00-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Bu müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.

Qeyd edək ki, tam orta təhsil (11 illik) bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olan abituriyentlərin qeydiyyatı avqustun 22-dən başlayıb.

APA