XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 August 2016 - 13:10

İslam Kərimovun varisi elan olunmuş Əzimovun həbs xəbəritəkzib olundu

azimov

Özbəkistanın baş nazirinin birinci müavini, maliyyə naziri Rüstəm Əzimovun həbs olunması xəbəri təkzib olunub.

Strateq.az RİA-ya istinadən bildirir ki, Maliyyə Nazirliyi bu xəbəri “yalan” adlandırıb: “Nazir Rüstəm Əzimov hazırda öz iş yerindədir”, – deyə nazirliyin qəbul otağından bildirlib.

Bir sıra KİV-lər prezident İslam Kərimovun ölüm xəbərindən sonra Əzimovun ev dustağı edildiyi barədə xəbər yayıb:

“Nazirlik həmişəki qaydada işini davam etdirir. Bütün rəhbərlik yerndədi. Rüstəm Sadikoviç də kabinetdədir”,-deyə nazirliyin əməkdaşı bildirib.

Rüstəm Əzimov 2000-ci ilin avqustundan baş nazirin birinci müavini postunu tutur. Onun İslam Kərimovun varisi olması barədə iddialar var.