XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

30 Avqust 2016 - 13:21

İctimai TV-də yenitəyinatlar

İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Yayım Şurasının növbəti iclası keçirilib.

Şirkətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, “Çarçıfilm” yaradıcılıq birliyinin direktoru Hikmət Yaqubov və “Səhər” proqramları departamentinin direktoru Elnur Kələntərli başqa işə keçmələri ilə əlaqədar vəzifələrindən azad olunublar.

Yayım Şurasının iclasında İnformasiya departamentinin direktoru vəzifəsinə Telman Nəzərli, “Carçıfilm” yaradıcılıq birliyinin direktoru vəzifəsinə Rauf Rəcəbov və “Səhər” proqramları departamentinin direktoru vəzifəsinə Rəşad Mehdilinin təyinatı təsdiqlənib.