Gədəbəy rayonunun Hacılar kəndi sahəsində torpaq sürüşməsi 4 ay əvvəl baş verib.
Bunu Lent.az-a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti Oqtay Bayramov deyib. O.Bayramov bildirib ki, baş verən torpaq sürüşməsi Hacılar və Əyridərə kəndləri arasındakı əlaqəni kəsib: "4 ay əvvəl baş vermiş torpaq sürüşməsi nəticəsində Hacılar və Əyridərə kəndləri arasında torpaq yığışdığından əlaqə kəsilib. İki kəndin arasındakı yolun bərpası istiqamətində işlər aparılacaq. Sadəcə Gədəbəy Rayon İcra Hakimiyyətindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə bildiriblər ki, o sahədə işlərin görülməsi üçün yağışlı havaların olmamasını gözləyirlər. Daha sonra texnika ilə çökmüş torpağı süpürüb iki kənd arasındakı gediş-gəlişi bərpa edəcəklər”.