XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 July 2015 - 07:46

İŞİD-ə qarşı müsəlman ölkələrinin media cəbhəsi yaradılır

islam cebhe.jpg

İran təkfirçi terrorizmə və bəzi ölkələr tərəfindən terrorçulara verdiyi dəstəklə mübarizə üçün media cəbhəsinin təşkil olunmasını təklif edib.

Strateq.az İRNA-ya istinadən bildirir ki, bu təkliflə İranın mədəniyyət və islami irşad naziri Əli Cənnəti Dəməşqdə keçirilən “Terrorizmlə Mübarizə” Beynəlxalq Media konfransında çıxış edib.

İranlı nazir bildirib ki, İran və Suriyanın strateji müttəfiqliyi gələcəkdə davam edəcək və İran tezliklə Dəməşqdə xəbər mərkəzi yaradacaq.

Suriya prezidenti Bəşər Əsədin iştirak etdiyi iki günlük konfrans dünyanın müxtəlif ölkələrindən 130 media nümayəndəsinin iştirakı ilə bu gündən Dəməşqdə işə başlayır.

X.SƏFƏRLİ