Bu gün Ağır Cinayətlər Məhkəməsində jurnalist Xədicə İsmayılovanın işi üzrə proses başlanıb.
Məhkəmə gücləndirilmiş təhlükəsizlik tədbirləri və məhkəmə zalına məhdudlaşdırılmış girişlə müşayət olunub.
İyulun 24-də jurnalistlər, ictimai və siyasi xadimlər, habelə xarici diplomatlar da daxil olmaqla, onlarla insan hakim Ramella Allagverdiyevanın sədrliyi ilə başlamış hazırlıq prosesində iştirak üçün zala buraxılmayıb.
Polis və məhkəmə nəzarətçiləri boş yerlər olmasına baxmayaraq, insanları zala buraxmayıblar. Bu da toplaşanların etirazlarına səbəb olub və onlar dəhlizdə əl çalıb “Xədicə” deyə qışqırmağa başlayıblar, xəbəri hadisə yerindən Turan-ın müxbiri verib.
Xədicə İsmayıl Tural Mustafayev adlı şəxsi intihar həddinə çatdırmaqda ittiham olunur. Xədicə İsmayıla qarşı 2014-cü il dekabrın 5-də Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə ittiham irəli sürülüb. Sonradan Tural Mustafayev mətbuat vasitəsi ilə şikayətini təzyiq altında verdiyini və şikayətindən imtina etdiyini bəyan edib.