XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

30 Avqust 2016 - 20:58

Pentaqon İranın Hərbi Dəniz Qüvvələrininartan təxribatlarından narahatdır

Pentaqon

 Son günlər İranın Hərbi Dəniz Qüvvələri Fars körfəzindəki Amerika gəmilərinə qarşı təxribatların sayını artırıb.

“Report” RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-nın Yaxın Şərq Komandanlığının rəhbəri general Cozef Votel bildirib.

"Bu, bizi çox narahat edir və biz ümidvarıq ki, İran Hərbi Dəniz Qüvvələri daha peşəkar şəkildə davranacaq", – C.Votel brifinqdəki çıxışında deyib.

O, eyni zamanda, Amerika Hərbi Dəniz Qüvvələrinin bu şəraitdə peşəkar hərəkətlərini xüsusi vurğulayıb.