XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

31 Avqust 2016 - 09:34

İran Türkiyənin Suriyadakı hərbi əməliyyatındannarahatdır

tank

 İran XİN-i Suriyanın suverenliyinə hörmətlə yanaşılmasının vacib olduğunu qeyd edərək, Türkiyənin Suriyada davam etdirdiyi hərbi əməliyyatdan narahatlığını  bildirib.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə İran XİN-nin rəsmi nümayəndəsi Bəhram Qasemi bildirib.   

“Regionun sülhsevər xalqlarının terrorçuluqla mübarizə aparmaq niyyəti və regional təhlükəsizliyin bərpa olunması istiqamətindəki səyləri Suriyanın ərazi bütövlüyünü pozmaq və Suriya hökuməti ilə razılaşdırmadan hərbi əməliyyatlar keçirmək üçün əsas ola bilməz”, – deyə Qasemi qeyd edib.     

Onun sözlərinə görə, Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsi regional vəziyyəti gərginləşdirir: “Türkiyə ordusu hərbi əməliyyatlara son qoyaraq, dərhal Suriya ərazisindən çıxarılmalıdır”.