XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 August 2016 - 18:47

Tale Bağırzadənin müavini"karser"ə salınıb

“Müsəlman Birliyi” Hərəkatının sədr müavini Elçin Qasımov Kürdəxanı təcridxanasında 5 sutkalıq "karser"ə salınıb.

Bu barədə “Turan” İnformasiya Agentliyinə onun vəkili Elçin Qəmbərov məlumat verib.

“Onun səhhəti pisdir. Buna baxmayaraq, Qasımovun xəstəxanaya köçürülməsi barədə müraciətlərimizdən imtina edilib. Əvəzində isə operativ olaraq "karser"ə salıblar. Hesab edirəm ki, bu inzibati cəzadan sonra onun vəziyyəti pisləşəcək”, – vəkil bildirib.

E.Qasımovun hansı səbəbdən "karser"ə salınması barədə vəkilinə bilgi verilməyib.

Bu məsələyə Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsindən aydınlıq gətirmək hələlik mümkün olmayıb.

E.Qasımov noyabrın 5-də tutulub. O, İnzibati Xətalar Məcəlləsinin 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsini pozmaqda günahlandırılıb və 30 gün müddətinə inzibati həbs cəzası alıb. Daha sonra Nəsimi Rayon Məhkəməsinin qərarı ilə E.Qasımov barəsində üç aylıq həbs qətimkan tədbiri seçilib.

E.Qasımov barəsində Cinayət Məcəlləsinin 221.2.2 (Xuliqanlıq, hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) və 315.1 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə) maddələri ilə cinayət işi başlanılıb.