XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

31 Avqust 2016 - 18:52

Türkiyə qırıcıları PKK terrorçularının6 hədəfini məhv edib

Təyyarə

Türkiyənin Hərbi Hava Qüvvələri (THHQ) tərəfindən Hakkarinin Çuxurca rayonu ərazisində təşkil edilən hava hücumu zamanı PKK terrorçularına aid 6 hədəf məhv edilib.

 Türkiyə Silahlı Qüvvələrindən (TSQ) bildirilib ki, kəşfiyyat dəyərləndirməsi nəticəsində THHQ-yə aid döyüş təyyarələrinin gün ərzində iki dəfə Çuxurca rayonu ərazisində hava hərəkatı təşkil olunub. Təsbit edilən 6 separatçı terror təşkilatı hədəfinin məhv edilib və tapşırıqları müvəffəqiyyətlə tamamlayan döyüş təyyarələri təhlükəsiz şəkildə geri qayıdıb.

Həmçinin bölgədəki təhlükəsizlik mənbələrindən alınan məlumata görə, Çukurca bölgəsindəki Uzundərə və Çağlayan mövqelərində davam edən qarşıdurmalarda 1 terrorçu zərəsizləşdirilib və xeyli silahı ələ keçirilib. (Report)