XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

24 İyul 2015 - 13:53

Aydın Mirzəzadə: “Mingəçevir Universitetində mühazirə oxumaq istərdim”-MÖVQE

aydin mir.jpg

“Bu sərəncam Mingəçevir və ətraf regionlar üçün çox böyük əhəmiyyət daşıyır və təhsilin inkişafında böyük rol oynayacaq. Əyalətlərdə ali və orta ixtisas məktəblərinin fəaliyyətinə dövlət dəstəyinin verilməsi bir sıra strateji dövlət məsələlərinin həllinə ciddi təsir edəcək”.

Strateq.az bildirir ki, bu sözləri Milli Məclisin Mingəçevirdən seçilmiş deputatı Aydın Mirzəzadə Mingəçevir Dövlət Universitetinin yaradılması barədə İlham Əliyevin sərəncamını şərh edərək sosial şəbəkədə yazıb.

Deputatın sözlərinə görə, ilk növbədə regionlar tək iqtisadi resusrs bazası kimi deyil, həm də elmi -texniki baza kimi inkişaf edəcək. Ziyalı təbəqəsi möhkəmlənəcək, əhali üçün yeni iş yerləri yaranacaq, əhalinin ənənvi sənaye mərkəzlərinə axını zəifləyəcək. Paytaxtda əhali sıxlığı müəyyən qədər azalacaq. Həmçinin regional universitetin məzunlarının işlə təmianatı üçün yeni müəssislərin yaranması sürətlənəcək, ixtisaslar regional tələblərə uyğun olaraq müəyyənləşəcək.

“Mungəçevir univeristet üçün tam hazır bir şəhərdir. Burada artıq 26 ildir ali məktəb fəaliyyət göstərir, şəhərdə uzun müddət Baza Politexnik Texnikumu faəliyyət göstərib, mövcud iki ali məktəbdə 1 elmlər doktoru, 50-yə yaxın fəlsəfə doktoru çalışır. Şəhərin təhsil səviyyəsi çox yüksədir, şəhər məzunlarının əksəriyyəti yüksək ballarla ali məktəb tələbəsi olurlar. Undiyə qədər 3 nəfər məzun ən yüksək, 700 bal toplayıb”.

Mirzəzadə qeyd edib ki, Mingəçevirdə universitet yaradılması ətraf rayonların da inkişafına müsbət ətsi edəcəkdir, bu rayonlarla şəhərin sıx əlaqələri vardır. Mingəçevirdə bir neçə iri sənaye müəssisəi fəaliyyət göstərir, şəhərdə və ərtaf rayonlarda bir çox yeni özəl müssisə yaradılmışdır. Bütün bu faktorlar universitetin yaranmasını və uğurlu inkişafını inamlı edir.

“Politologiya üzrə fəlsəfə doktoru kimi vaxtaşırı yeni universitetdə mühazirə oxumaqdan çox məmnun olardım”.