XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

01 Sentyabr 2016 - 02:52

Əfqan ordusundan İŞİD və “Taliban”a qarşı əməliyyat –97 terrorçu öldürüldü

afqan-8

Son  iki sutka ərzində Əfqanıstan ordusunun həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində azı 97 silahlı məhv edilib.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, əməliyyat zamanı Əfqanıstan ordusunun 12 əsgəri həlak olub.

Məlumata əsasən, əməliyyat ölkənin Qilmənd,  Kunduz, Baqlan, Paktiya və Zabul əyalətlərində keçirilib.

Qeyd edək ki, son bir neçə ay ərzində Əfqanıstanda vəziyyət gərginləşib. "Taliban" və İŞİD silahlılarının fəallığı daha da artıb.