XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

01 Sentyabr 2016 - 10:45

Daha 6 marşrut xəttində ödəmə kartla olacaq- Bu gündən

Sentyabrın 1-dən etibarən paytaxtda daha 6 marşrut xətti üzrə (18, 61, 65, 79, 85, 96) hərəkət edən avtobuslarda ödəmə kart vasitəsilə həyata keçirilir.

Bakı Nəqliyyat Agentliyindən Azərtac-a bildirilib ki, bu tədbirlər Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində xidmət göstərən daşıyıcı şirkətlər qarşısında vahid kart sisteminə keçidin tətbiqinə dair qoyulan tələbə uyğun olaraq görülür.

İlk mərhələdə 6 marşrut xətti üzrə 117 avtobusda validatorların quraşdırılması təmin edilib. Ümumilikdə isə yaxın zamanlarda daha 400 avtobus üçün validatorların quraşdırılması nəzərdə tutulub.

Xatırladaq ki, vahid kart sisteminin tətbiq edildiyi 15 marşrut xəttində və Bakı Metropolitenində gediş haqqının ödənilməsi "BakıKart" sistemi ilə həyata keçirilir.