XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

01 Sentyabr 2016 - 11:15

“Azərbaycan Dəmir Yolları”gücləndirilmiş iş rejiminə keçir

Qurban bayramı və yeni dərs ili ərəfəsində “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti gücləndirilmiş iş rejiminə keçir.

Bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.

Onun sözlərinə görə, bu sahədə ciddi hazırlıq işləri gedir.

Bayram günlərində sərnişin axınının artması adi hala çevrilib. Rahat və ucuz nəqliyyat vasitəsi kimi vətəndaşlarımız dəmir yolunun xidmətlərindən istifadəyə üstünlük verirlər.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin Daşımaları Departamentinin kollektivi müqəddəs Qurban bayramı və yeni dərs ili ərəfəsində gucləndirilmiş iş rejimində çalışacaq.

Departamentin kollektivi bu isahədə ciddi hazırlıq işləri görür. Yeni dərs ili ərəfəsində sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək.

Bir daha sərnişinlərin nəzərinə çatdırılır ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.