XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

01 Sentyabr 2016 - 12:00

5 yaşlı azərbaycanlı uşaq Kərbəlada öldü- 60 dərəcə istidə

Azərbaycanlı uşaq İraqın Kərbəla şəhərində faciəli şəkildə ölüb.

Lent.az-ın məlumatına görə, bunu Azərbaycanın Cənub bölgəsindən olan jurnalist Zahir Əmənov öz "Facebook" səhifəsində yazıb.

"Kərbəlada ölən 5 yaşlı ərkivanl Zəhra" başlığı ilə status paylaşan jurnalist bunları qeyd edir:

"Masallı rayonun Ərkivan qəsəbə sakini Habil Rəhimov Kərbəlada ailəsi ilə olarkən 60 dərəcə istidə 5 yaşlı qızı Zəhra günvurmadan (bəzi məlumatlara görə zəhərlənmədən) dünyasını dəyişmiş və orada da dəfn edilmişdir. Xatırladaq ki, Rəhimov Habil İltizam oğlu Suriyada dini təhsil alırdı. Suriyadakı məlum hadisələrdən sonra o, təhsilini Nəcəf şəhərində davam etdirməli olub. Bu səfərdə də məqsəd Habilin dövlət imtahanı verməsi ilə bağlı olub. Rəhmətə gedən Zəhra adlı qız onun 3 uşağından biri-ortancılı idi. Valideynlərinin verdiyi məlumata görə, onun daha bir uşağı orada ağır xəstələnib. Bir həftə əvvəl isə bu ailəyə daha bir ağır itki üz vermişdi. Habilin Ərkivanda yaşayan bacısı qızı qəfil xəstəlikdən 22 yaşında dünyasını dəyişmişdi. Allah rəhmət eləsin!"