XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 July 2015 - 13:55

Azərbaycan Müdafiə Nazirliyi təkzib etdi: “… yalan və təxribatdır”

“Bəzi yerli KİV düşmən yalanına uyub ictimaiyyətimizə yanlış məlumatlar çatdırır”

Azərbaycan Müdafiə Nazirliyi bəzi KİV-də yer alan məlumatlara reaksiya verib.

Strateq.az-ın APA-ya əsasən verdiyi xəbərə görə, nazirlikdən bildirilib ki, bəzi elektron kütləvi informasiya vasitələri guya 40 nəfər hərbi qulluqçumuzun mühasirəyə düşməsi, bir neçə saatlıq atışmadan sonra mühasirədən çıxmağa nail olması və 8 nəfər hərbçimizin yaralanması barədə yalan və təxribat xarakterli məlumatlar yayıb.

“Ermənistanın xüsusi xidmət orqanları, o cümlədən xakerləri tərəfindən məqsədyönlü surətdə yayılan bu xəbərlər həqiqətə uyğun deyil və təəssüflər olsun ki, bəzi yerli elektron kütləvi informasiya vasitələri də düşmən yalanına uyaraq ictimaiyyətimizə yanlış məlumatlar çatdırırlar. Növbəti dəfə bildiririk ki, cəbhədə baş verən hər bir hadisə ilə bağlı məlumatların yayılmadan əvvəl rəsmi surətdə Müdafiə Nazirliyi ilə dəqiqləşdirilməsi zəruridir və vacibdir”, – deyə MN-nin məlumatına qeyd olunub.