XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

01 Sentyabr 2016 - 19:59

Vergi və gömrük güzəştləri veriləcək –Turizm zonalarında

İlham

 Azərbaycanda turizm və rekreasiya zonalarında vergi və gömrük güzəştlərinin verilməsi nəzərdə tutulur.

 Bu barədə Azərbaycan prezidenti İlham Əliyevin turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı sərəncamda bildirilir.

Mədəniyyət və Turizm Nazirliyinə İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi,Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə birlikdə turizm və rekreasiya zonalarında vergi və gömrük güzəştlərinin və imtiyazlarının verilməsi ilə bağlı təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb.  (APA)