XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

01 Sentyabr 2016 - 20:51

Bakıda “shopping”festivallar keçiriləcək

Gələcəkdə Bakıda “shopping” festivallar keçiriləcək.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyevin turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı sərəncama əsasən bu iş Mədəniyyət və Turizm Nazirliyinə həvalə olunub.

Nazirliyə Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə beynəlxalq təcrübədə geniş tətbiq olunan ticarət festivallarının (“shopping festival”) hər il keçirilməsini təmin etmək, habelə Maliyyə Nazirliyi, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə birlikdə ticarət festivallarında (“shopping festival”) pərakəndə satış zamanı müvafiq güzəştlərin və təşviqlərin, o cümlədən vergi güzəştlərinin verilməsinə dair təkliflərini bir ay müddətində hazırlayıb prezidentə təqdim etmək tapşırılıb.