XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 September 2016 - 20:34

Ramil Şeydayev:"Şadam ki, Azərbaycan milli komandasındayam"

"Yalnız pozitiv emosiyalara malikəm. Şadam ki, Azərbaycan milli komandasının düşərgəsindəyəm". 

"Report"un məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının debütantı Ramil Şeydayev bu gün jurnalistlərə açıqlamasında bildirib. 

Türkiyənin "Trabzonspor" klubunun hücumçusu millimizdə özünü yaxşı göstərmək üçün həm oyunda, həm də məşqlərdə var-gücü ilə çalışacağını bildirib: "Ümid edirəm ki, bizdə hər şey alınacaq. Millidə olmaq futbolçu üçün yaxşı şansdır. Nə qədər çox oynasan, sənin üçün bir o qədər yaxşıdır".