Fövqəladə Hallar Nazirliyi (FHN) bu gün Qəbələ rayonun Laza kəndinə yağan güclü yağış nəticəsində baş verən fəlakətlə bağlı açıqlama yayıb.
Strateq.az FHN-ə istinadən xəbər verir ki, güclü yağış Dəmiraparan çayının suyunu çoxaldaraq sel fəlakəti yaradıb:
"Dərhal Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb regional mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq ərazidə köməksiz vəziyyətdə qalmış 53 nəfər təxliyyə edilib. Əməliyyat saat 20:18-də başa çatıb".