Türkiyənin müdafiə naziri Fikri İşık Azərbaycana səfər etməyi planlaşdırır.
Bu barədə "Report" diplomatik mənbələrə istinadən xəbər verib.
Nazirin Bakıya "ADEX-2016" müdafiə məhsulları sərgisində iştirak etmək üçün gələcəyi gözlənilir.
Qeyd edək ki, II Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi sərgisi (ADEX 2016) sentyabr ayının 27-dən 30-dək Bakı Ekspo Mərkəzində keçiriləcək.