XƏBƏR LENTİ

11 Avqust 2020

Digər Xəbərlər

02 Sentyabr 2016 - 12:06

Ərdoğan Terimə xahiş etdi:"Ardanı milliyə qaytarın!"

Erdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan futbol üzrə milli komandanın üzvləri, baş məşqçi Fatih Terim və Türkiyə Futbol Federasiyasının Prezidenti Yıldırım Dəmirörəni qəbul edib.

Paytaxt Ankaranın Beştəpə bölgəsində yerləşən Prezident sarayında baş tutan görüşdə Ərdoğan komandaya dəvət olunmayan Arda Turanın geri qaytarılmasını istəyib:

“Milli komandaya bəzi futbolçuların seçilməməsi lazımsız bir idman gündəmi yaradıb. Bu cür mübahisə həm milli komandanı, həm də federasiyanı əldən salar. Çox çətin bir dünya kuboku macərasına başlayırıq. Arda Turan kimi bir ada milli komandanın ehtiyacı var. Onunla bağlı qərara yenidən baxmağınızı xahiş edirəm”.

Ərdoğanın Terimlə bu görüşündən sonra Ardanın 6-9 oktyabr tarixlərində Ukrayna və İslandiya ilə baş tutacaq matçlarda milli komandaya çağırılıb-çağırılmayacağı böyük maraqla gözlənilir.

Digər tərəfdən, Ərdoğanın Ardaya yaxınları vasitəsi ilə mesaj yolladığı iddia edilib. Prezident Ardadan hadisələrə soyuqqanlı münasibət sərgiləməsi, özünə yaraşan şəkildə davranması və hazırki vəziyyəti daha da pisləşdirəcək addım atmaqdan çəkinməsini istəyib.

Axar.az