XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 September 2016 - 12:46

Pakistan məşhur qırıcısını Azərbaycana göndərir –Səbəb

pakistan-qirici-jf-17

Pakistanın Müdafiə Sənayesi naziri Rana Tanvir Hüseyn Azərbaycana səfər etməyi planlaşdırır.

Report hərbi sahədəki məlumatlı mənbələrə istinadən xəbər verir ki, nazir Bakıya sentyabrın 27-30 keçiriləcək II Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi sərgisində (ADEX 2016) iştirak etmək üçün gələcək.

Məlumata görə, Bakıdakı sərgidə Pakistan əsas yeni məhsulunu – Çinlə birgə istehsal olunmuş "JF-17 Thunder" qırıcı təyyarəsini təqdim edəcək.