"Rublun üzən məzənnəyə keçidi ilə bağlı qərar uzun müddətlidir".
Bunu Rusiya prezidenti Vladimir Putin Uzaq Şərqdən olan sərmayədarlarla görüşdə deyib.
"Bildiyiniz kimi, bu gün rubl üzən məzənnə üzrə hərəkət edir. Bunun həm böyük üstünlükləri, həm də müəyyən çətinlikləri var. Amma artıq belə qərar vermişik. Sadəcə, bilməlisiniz ki, bu qərar uzunmüddətlidir", – deyə V.Putin bildirib.
Xatırladaq ki, Rusiya Mərkəzi Bankı 2014-cü ildə rublun üzən məzənnəyə keçidi barədə qərar qəbul edib. (Report)