XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

02 Sentyabr 2016 - 15:46

208 diplomat geri çağırılıb, onlardan 30-u ölkəyə dönməyib –Türkiyədə

flag

 Hərbi çevriliş cəhdindən sonra Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən geri çağırılan, ancaq heç bir səbəb göstərmədən ölkəyə qayıtmayan diplomatların adları açıqlanıb.

 Türkiyə XİN ümumilikdə 208 diplomatı geri çağırıb, onlardan 30-u ölkəyə dönməyib.

Diplomat kimi vəzifədə olduqları ölkələrdən başqa ölkələrə qaçdıqları dəqiqləşən 30 diplomat vəzifədən və diplomat rütbəsindən azad edilib. Onların arasında Türkiyənin Avropa Birliyindəki daimi nümayəndəliyində müşavir kimi çalışmış Əzizə Sargin, Türkiyənin Böyük Britaniyadakı səfirliyində müşavir olmuş Ömər Murat və müşavir Hüseyin Doğan, eləcə də ikinci katib statusunda olan 14 diplomat, üçüncü katib statusunda olan 6 diplomat, baş katib statusunda olan 1 diplomat, konsul müavini statusunda olan 5 diplomat, attaşe statusunda 1 diplomat da var.