XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

26 İyul 2015 - 11:47

Rusiyada 10 milyardlıq xəzinə tapıldı

Rusiyanın Kalininqrad vilayətində 1-ci dünya müharibəsi dövründən qalmış milyardlarla Almaniya markası olan xəzinə aşkar edilib.

Publika.az xəbər verir ki, könüllülər qrupu tərəfindən əvvəlcə metal yeşik tapılıb və sonradan müəyyən olunub ki, içindəki 10 milyardlıq marka əskinasları Veymar Respublikasi dövrünə aiddir.

Qusev şəhərinin Tarix Muzeyi mütəxəssisləri və administrasiya rəhbərliyinin iştirakı ilə açılan qutuda kağız əskinaslarla yanaşı, metal 50 pfenniq qəpiklər, əlyazma məktublar, o cümlədən Almaniya və Şərqi Prussiyanın vətənpərvərlik qəzetləri də olub.

Xatırladaq ki, Veymar Demokratik-Burjua Respublikası 1918-ci ildə noyabr inqilabı nəticəsində qurulub və respublika 1919-cu ildən 1933-cü ilədək mövcud olub. Kalininqrad vilayəti isə Rusiyada yeganə yerdir ki, tarixi Şərqi Prussiya ərazisində yerləşir və 1-ci Dünya savaşı zamanı burada minlərlə hərbiçi dəfn edilib.