XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

02 Sentyabr 2016 - 18:58

AŞPA-nın Büro iclasında müzakirələr aparılacaq:Azərbaycanda keçiriləcək referendumla bağlı

Məclis

Milli Məclisin deputatları Avropa Şurası Parlament Assambleyasının  (AŞPA) Büro və komitələrinin iclaslarında iştirak etmək üçün Parisə səfər edəcəklər.

Sabah AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova qurumun Büro və Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclaslarında iştirak etmək üçün Parisə səfər edəcək.

Büro iclasında AŞPA-nın oktyabr ayında keçiriləcək 4-cü sessiyasının gündəliyi müzakirə olunacaq, Azərbaycanda keçiriləcək referendum, Moldovada və Bolqarıstanda prezident seçkiləri, Belarusda, İordaniyada, Mərakeşdə, Gürcüstanda, Monteneqroda parlament seçkiləri və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq.

Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında internet şəbəkələrdə diskriminasiya əleyhinə mübarizə, qadınlara qarşı zorakılığa son qoyulması, onların ictimai həyatda və iqtisadi sahədə hüquqlarının gücləndirilməsi mövzuları müzakirə ediləcək, Milli azlıqların hüquqları üzrə alt komitənin gördüyü işlər, noyabr ayında keçiriləcək Dünya Demokratiya Forumu barədə danışılacaq. S. Qafarova tədbirlərdə müzakirə olunan məsələlərə öz münasibətini bildirəcək.

Səfər sentyabrın 10-da başa çatacaq.

Milli Məclisin deputatları Müslüm Məmmədov və Vüsal Hüseynov isə AŞPA-nın Hüquqi işlər və insan hüquqları komitəsinin iclasında iştirak etmək üçün sentyabrın 5-də Parisə yola düşəcəklər. Toplantıda Beynəlxalq cinayət məhkəməsi ilə əməkdaşlıq, Avropanın çoxmillətli ölkələrində demokratik idarəçilik, beynəlxalq razılaşmalara əsasən vətəndaşların sərmayələrlə bağlı hüquqlarının qorunması və digər məsələlər ətrafında müzakirələr keçiriləcək. Millət vəkilləri müzakirəyə çıxarılan məsələlər barədə öz fikirlərini açıqlayacaqlar.

Səfər sentyabrın 7-də başa çatacaq.