XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 July 2015 - 22:38

Rövnəq Abdullayev Gürcüstanın baş naziri ilə görüşüb – Yeni investisiyalardan danışılıb

Gürcüstanın baş naziri İrakli Qaribaşvili iyulun 26-da ARDNŞ-in prezidenti Rövnəq Abdullayevlə görüşüb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan hökuməti administrasiyasının mətbuat xidmətindən bildirilib.

Məlumata görə, görüşdə cari investisiya məsələləri mövzusunda müzakirələr aparılıb.

İ.Qaribaşvili Gürcüstan hökumətinin ARDNŞ-in Gürcüstandakı investisiya fəaliyyətini yüksək qiymətləndirdiyini qeyd edib.

“Görüşdə Gürcüstan və Azərbaycan ölkələrarası əməkdaşlığın dərinləşməsi üçün hazır olduğunu bir daha təsdiqləyib”, – deyə hökumət administrasiyadan bildirilib.

Görüşdə ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və Gürcüstanın Baş naziri yanında İqtisadi Şurasının Katibi, Biznes Ombudsman Giorgi Qaharia da iştirak ediblər.