Rusiyanın energetika naziri Aleksandr Novak elan edib ki, Rusiya və Türkiyə "Türk axını" layihəsinin qısa müddətdə reallaşmasına imkan verəcək vahid razılığın imzalanmasının bir neçə addımlığındadır.
"Biz türk tərəfdaşlarımızla bu layihənin reallaşdırılması üçün konkret addımları müzakirə edirik. "Yol xəritəsi" hazırlanıb, xüsusi işçi qrupu yaradılıb, qarşılıqlı hökumətlərarası razılaşma layihəsi hazırlanıb", – deyə A.Novak qeyd edib.
Əgər işlər maneəsiz davam edərsə, qaz kəmərinin türk istehlakçılarının tələbatını təmin edəcək ilk xətti 2019-cu ilin sonuna inşa olunacaq. (Report)