XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

03 Sentyabr 2016 - 12:40

Rayonlarda yağış yağacaq, Bakıda isə… –Sabahın hava proqnozu

hava

Sabah Bakıda dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, sentyabrın 4-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 19-22° isti, gündüz 25-29° isti, gecə 19-21° isti, gündüz 26-28° isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % təşkil edəcək.

Rayonlarda gözlənilən hava şəraitinə gəlincə, əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 18-22° isti, gündüz 25-30° isti, dağlarda gecə 8-13° isti, gündüz 18-23° isti olacağı gözlənilir.